03.05.2016

Birincilərin bayram sevinci.

        Aprelin 29-da Qusar rayonun Xanbaba Səfərov adına Aşağı ləyər kənd tam orta məktəbində birinci sinif şagirdlərinin əlifba bayramı keçirildi .

           Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin oxunması ilə başlandı . Bundan sonra giriş sözü ilə birincilərin sinif rəhbəri Fəridə Səfərova çıxış edərək öz şagirdlərini səmimi qəlbdən təbrik edərək onlara öz xoş arzularını və istəklərini bildirdi . Sonra söz birincilərə verildi. Onlar bir – birindən gözəl rəqs və səhnəcik nümumələri ilə çıxış edərərk vətənə, məktəbə, müəllimə aid şeirlər söylədilər.

       Tədbirdə Qusar Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Nazirə Babayeva da iştirak etmişdir.Təbrik sözü ilə çıxış edən məktəbin direktoru Murad müəllim bu il sentyabrın 15-də məktəbə ilk qədəmlərini qoymuş birinciləri və bu il məktəbi bitirən on birinciləri   təbrik edərək onlara təhsildə və gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı . Məktəbin rəhbərliyi əla qiymətlərlə oxuyan və tədbirdə fəal iştirak edən birinci sinif şagirdlərini diplomlarla təltif etdi . Həm valideynlərin, həm də məktəb kollektivinin  fəal iştirak etdiyi bayram şənliyini balacalara unudulmaz anlar bəxş etmişdir.


Açar sözlər: