03.06.2016

 “Müəllim-şagird yerdəyişməsi”

       Qusar  şəhər 4 saylı tam orta məktəbində şagirdlərin müxtəlif peşələrə istiqamətləndirilməsi, yeniyetmələrə peşə dünyasında layiqli seçim etmələrinə hərtərəfli yardım  göstərilməsi, şagirdlərdə gələcək həyatlarında üzləşəcəkləri çətinliklər və peşə vəzifələrinin öhdəsindən gəlmələri üçün keyfiyyət, bacarıq və vərdişlərin formalaşdırılması istiqamətində tez-tez müxtəlif tədbirlər keçirilir.

           Bu günlərdə “Şagird və özünü idarəetmə” başlığı altında keçirilən tədbirdə də müəllim kollektivi, şagirdlər həvəslə iştirak etmişdir. Məqsəd  şagiirdlərə ruhlandırıcı rəhbərlik, başqalarının inkişafına yardımçı olmaq, kollektiv iş görmə qabiliyyətlərini aşılamaq olmuşdur. Əvvəlcədən keçirilən ”Dəyirmi masa”da razılaşdırıldığı kimi məktəbdə bir günlük ”müəllim-şagird yerdəyişməsi” olmuş, şagirdlərdən kimi direktoru, kimi dərs hissə müdirini, kimi növbətçi müəllimi və digər müəllimləri əvəz etmişdir.

             Nəticə etibarı ilə şagirdlərdə əvəz etdiyi peşəyə qarşı məsuliyyətin, cavabdehliyin olduğu, əksəriyyətində müəllim peşəsinə qarşı sevgi, marağın yarandığı müəyyənləşmişdir.


Açar sözlər: