09.06.2016

Kənd  məktəbinin   uğurları

                 Son illər Qusar rayonunun kəndlərinin siması dəyişmiş, yol infrastrukturu xeyli yaxşılaşmış, müasir tələblərə cavab verən, hər cür şəraiti olan məktəb binaları tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Məktəb rəhbərlərinin təyin olunmasında, müəllimlərin işə qəbulunda tətbiq olunan yeni mexanizmlər də bacarıqlı , bilikli , pedaqoji hazırlığı müasir tələblərə cavab verən kadrların məktəblərə işə qəbul edilməsinə imkan vermişdir. Bütün bunları dağ kəndi olan Zindan Muruq kəndinin simasında daha aydın görə bilərik.

               Uzun illər ali məktəblərə qəbulda zəif nəticələr göstərən məktəbə yeni rəhbərliyin təyin olunması, məktəbin madii-tədris bazasının möhkəmlənməsi  vəziyyəti kökündən dəyişmiş, məktəbdə təlim–tərbiyə işinin keyfiyyətini yüksəltmək, məktəb-valideyn əlaqələrini gücləndirmək və kadr potensialını təkmilləşdirmək, pedoqoji işçilərin ekmi-nəzəri və metodiki hazırlığını gücləndirmək, müəllimi məktəbdə əsas simaya çevirmək istiqamətində xeyli işlər görülmüşdür.

                Son illər məktəbin 5 nəfər şagirdi müxtəlif fənlər üzrə olimpiadaların respublika turunda iştirak etmək hüququ qazanmış, onlardan iki nəfəri- məktəbin X sinif şagirdləri Azadov Mustafa (fizika fənni üzrə) və Ağamuradov Salik (riyaziyyat fənni üzrə) 2014-2015  və  2015-2016-cı  tədris  illərində    fənn  olimpiadalarının   final  mərhələsində  ardıcıl   2  dəfə   iştirak  edərək  hər  dəfə    bürünc  medala   layiq  görülmüşdür.

                Artıq bir neçə ildir ki, məktəbin məzunları ali məktəblərə qəbulda da uğurlu nəticələr əldə etməyə    başlamışdır. Son üç ildə ali məktəblərə qəbul olunmuş 6 nəfərdən 2 nəfəri 500-dən yuxarı, 3 nəfəri  400-dən yuxarı bal toplamışdır.  Bu  il XI sinifi bitirən 14 nəfər məzundan 5  nəfəri    ali  təhsi  müəssisələrinə  qəbul  olunmaq  üçün  sənəd   vermişdir. Məktəbin kollektivi onların da uğurlu nəticələr göstərəcəyinə inanır.


Açar sözlər: