14.06.2016

Qabaqcıl məktəb

         Bildiyimiz kimi ölkənin təhsil sisteminin ali məqsədi XXI əsrin tələblərinə cavab verən milli ruhlu, vətənpərvər, bilikli, bacarıqlı, kamil vətəndaşlar yetişdirməkdir. Bunun üçün ilk öncə tədrisin vəziyyətini yaxşılaşdırmaq, təhsil verənlərin peşəkarlıq səviyyəsini yüksəltməyə çalışmaq vacib vəzifələrdən biridir.

            Əlverişli əməkdaşlığa söykənən təhsil mühitinin yaradılması, şagirdlərlə və valideynlərlə işin yüksək səviyyədə qurulması istiqamətində uğurla fəaliyyət göstərən Qusar şəhər E. Güləliyev adına 2 saylı tam orta məktəbi rayonun ən böyük məktəblərindən biri olmaqla həmişə təhsil nailiyyətləri ilə seçilən tədris ocaqlarındandır. 983 nəfərlik şagird kontingentinin təlim - tərbiyəsi ilə 105 nəfər müəllim məşğul olur. 2009-cu ildən məktəbə direktor təyin olunan Dilşad Şinğarova təhsilin keyfiyyətinin təmin olunması və nailiyyətlərin əldə edilməsi sahəsində müasir idarəetmə modellərini tətbiq etməyi və kollektivi daha böyük uğurlara səfərbər etməyi bacarmışdir.  Bunun nəticəsidir ki, məktəbin məzunları buraxılş imtahanlarında, ali məktəblərə qəbulda həmişə yüksək nəticələr göstərmiş, 2014-2015-ci tədris ilinin yekunlarına görə məktəbin bir nəfər məzunu-olimpiadanın respublika turunun tarix fənni üzrə qalibi, 645 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi adını qazanmış - Əsgərov Roman Əliyar oğlu məktəbi Qızıl medalla bitirmiş, ali məktəblərə sənəd verən 44 nəfərdən 36 nəfəri tələbə adını qazanmış, onlardan da 7 nəfəri 500 baldan yüksək nəticə göstərmişdir. Qeyd olunmalıdır ki, 2014-2015-ci dərs ilində şəhər 2 saylı tam orta məktəbinin təhsil sahəsindəki uğurları daha yüksək olmuşdur. Belə ki, Respublika üzrə ən yaxşı  50 məktəbdən birinin və ilin müəllimi seçilən 100 nəfərdən də birinin bu məktəbi təmsil etməsi rayonun bütün pedoqoji kollertivlərində  böyük ruh yüksəkliyi yaratmışdır. 2015-ci ildə də məktəb uğurlu fəaliyyətini davam etdirmiş, təhsil nailiyyətlərinə görə məktəbin biologiya müəllimi Məmmədova Tamilla Cavid qızı“Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

         Hal-hazırda məktəbdə üç kompüter kabineti fəaliyyət göstərir. Bu tədris ilindən ibtidai sinif şagirdləri üçün hər cür idman avadanlığı ilə təchis olunmuş idman zalı təşkil olunmuşdur.Təhsildə qazandığı uğurlardan danışarkən məktəbin direktoru D. Şinğarova qeydedir:”Təhsil ocağı  övladlarımızın təlim-tərbiyəsində, dünyagörüşünün formalaşdırılmasında, müstəqil həyata hazırlanmasındamühüm rol oynayan müqəddəs bir məbəddir. Nəsillərin təfəkkürünü inkişaf etdirən bu məbədin fəaliyyətini tənzimləyən isə müəllimlərdir. Mən belə düşünürəm ki, metodbirləşmələr təhsilin idarə olunmasına kifayət qədər öz töhfəsini verə bilmir, kafedra sistemi daha çox üstünlük gətirir. Mən  deyərdim  ki, kafedra məktəbdaxili nəzarətin bir “ qolu” dur. Hazırda məktəbdə 6 kafedra fəaliyyət göstərir.  Məsələn: Təbiət fənləri kafedrasını götürək. Bura aid dörd fənni 14 nəfər müəllim tədris edir. Onlardan ən bacarıqlısı həmin kafedranı idarə edir. Kafedra ayrı - ayrı  fənlər üzrə olimpiadada iştirak edəcək şagirdləri seçir, tədris proqramlarının yerinə yetirilməsini, açıq dərsləri müzakirə edir, gənc müəllimlərə köməklik göstərir və sair. Bunun nəticəsidir ki, məktəbin riyaziyyat – informatika müəllimi Amalya Bayramova 2015-2016-cı dərs ılində keçirilən informatika və riyaziyyat müsabigələrində şagirdlərin göstərdiyi yüksək nəticələrə görə sertifikat və hədiyyə ilə mükafatlandırılmışdır”.

              Məktəbin nailiyyətləri bununla bitmir: “ALPLogo -2016” programlaşdırma olimpiadasında II yerə layiq görülmüş məktəbin Azərbaycan bölməsinin 6-cı sinif şagirdi Bayramov Eyvaz  daha bir müsabiqənin-“ üçölçülü model” respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli Diplom və qiymətli hədiyyə ilə təltif edilmişdir. 7-ci sinif şagirdi Abusəmədov Rəvan isə riyaziyyat fənni üzrə beynəlxalq olimpiadada iştirak etmək hüququ qazanmışdır. Məktəbin 8-ci sinif şagirdi Pirəliyev Samir rus dili və ədəbiyyat fənni üzrə VIII Respublika olimpiadasında 2-ci yeri tutmuşdur. Məktəbdə hərbi vətənpərvərlik tərbiyəsinə də xüsusu  diqqət yetirilir. Belə ki, il boyu GÇQH dərsləri imkan olduqca hərbi hissədə keçirilir, yuxarı sinif şagirdləri əsgərlərin məişət şəraiti,  müxtəlif silah növləri ilə yaxından tanış olurlar. Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində məktəbin şagirdləri şirniyyat xonçaları, musiqi və rəqslərdən ibarət kompozisiya ilə “N “ saylı hərbi hissənində olmuş, əsgər və  zabitlərimizdə əsl bayram əhval-ruhiyyəsi yaratmışdır.

            Bu il məktəbi 50 nəfər şagird bitirir. Onlardan 41 nəfəri al məktəbə  sənəd vermişdir. Bu tədrisilində də iki nəfər IX sinif şagirdi fərqlənmə şəhadətnaməsinə, iki nəfər də XI sinif şagirdi medala namizəd göstərilmişdir.


Açar sözlər: