16.06.2016

Zərərli vərdişlərə yox deyək.

               Təhsil sosial fenomen olduğu kimi, məktəb də ictimai ab-havada dəyişən, formalaşan bir qurumdur.Onun uğurlarında cəmiyyətin dəstəyi son dərəcə vacibdir.

           Qusar Rayon Təhsil Şöbəsi hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını nəzərə alaraq gənclər arasında zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliğ olunması, gələcəyin zəkalı gəncləri ilə dialoqun, maariflənmənin və əməkdaşlığın gücləndirilməsi istqamətində müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirir.

          03.06.2016-cı il tarixdə rayonun “sərhəd qapısı” sayılan Samur qəsəbə tam orta məktəbində təhsil işçiləri və hüquq mühafizə orqanlarının iştirakı ilə “Gənc nəslin təlim –tərbiyəsinə  və onların sağlam böyümələrinə mənfi təsir edən hallara qarşı mübarizədə hüquq mühafizə orqanları, məktəb və valideyn əlaqələrinin rolu” mövzusunda növbəti tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qusar RTŞ-nin müdiri N.Fərzəliyev iştirakçıları təqdim etmiş, gündəlikdə duran məsələ ilə bağlı məruzə etmişdir. Müşavirənin işində Samur qəsəbə, Quxur oba, Qarat oba kənd tam orta, Yeni Tahircal, Kuf oba kənd ümumi orta və Qullar kənd ibtidai məktəblərinin pedaqoji kollektivlərinin nümayəndələri, valideynlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişdir.

              Müşavirədə Qusar rayon prokuroru, Baş Ədliyyə müşaviri Z.Vəliyevin hüquqi maarifləndirmə məzmunlu məruzəsi dinlənilmişdir. Gündəlikdə duran məsələ ilə bağlı fikir mübadiləsi aparılmış , yetişməkdə olan nəslin hərtərəfli inkişaf etmiş vətənpərvər gənc kimi formalaşmasına mənfi təsir edən halların qarşısının alınması yollarıaraşdırılmış, məktəb rəhbərlərinin  hesabatları dinlənilmiş, rəy və təkliflər qeydə alınmışdır.

             Müşavirədə çıxış edən təhsil işçiləri həyatda insan tərbiyəsinin ən əsas məsələlərdən biri olduğunu söyləmiş, onun təməli ailədə qoyulduğundan valideynlərin daha çox məsuliyyət daşıdıqlarını qeyd etmiş, bu işdə kompleks yanaşmaların vacibliyini vurğulamışdır.


Açar sözlər: