17.06.2016

Görkəmli şəxsiyyət C. Hacıbəyliyə həsr olunmuş tədbir

 

       

          Qusar şəhər 6 saylı tam orta məktəbində mütəmadi olaraq yazıçı, şair, elm xadimləri, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş ədəbi-bədii gecələr, viktorinalar, açıq dərslər keçirilir. Belə tədbirlərdən biri də məktəbin müəllimi Yeganə Pirverdiyevanın təşkilatçılığı ilə   2016-cı ilin may ayının 20-də bütün qəlbi ilə vətənə bağlı olmuş görkəmli sənətkar, Azərbaycan istiqlalının ən gənc mühaciri C.Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar olaraq keçirilmişdir.

        “Bütün qəlbi və ürəyi ilə xalqına bağlı olan sənətkar” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Yeganə müəllimə C.Hacıbəylinin həyat və fəaliyyəti haqqında məlumat vermiş,  mühacirətdə yaşadığı dövrdə də əqidə və amalından dönmədiyini, son nəfəsinədək Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığını qeyd etmişdir.

         Şagirdlər C.Hacıbəylinin yazıçı, publisist, jurnalist, tərcüməçi,  redaktor kimi fəaliyyətini geniş şəkildə işıqlandırmış, onun mühacirətə qədərkı, mühacirətdən sonrakı yaradıcılığı haqqında fikir və mülahizələrini söyləmiş, yaradıcılığının  sənətkarlıq xüsusiyyətlərini, bədii irsini geniş şəkildə müzakirə etmişdir. Müzakirələrdə xüsusi olaraq vurğulanmışdır ki, adı  Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəylinin həyatı və yaradıcılığı  bu gün də məktəblilər üçün çox böyük tərbiyəvi əhəmiyyətə malikdir.


Açar sözlər: