22.11.2016

“Ölkəmizi tanıyaq” VI maarifləndirici tur-aksiyası başa çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” VI maarifləndirici tur-aksiyası respublikanın bütün məktəbliləri kimi Qusar şagirdləri tərəfindən də sevinclə qarşılanmışdır.

Respublikanın müxtəlif bölgələri ilə tanışlıq ücün təşkil edilmiş maarifləndirici tur-aksiyası çərçivəsində təhsildə , idmanda və oxuduqları məktəblərin ictimai həyatında xüsusi fərqlənən 40 nəfər Qusar məktəblisi 16 noyabr tarixində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə təntənə ilə yola salınmışdir. Yola salma mərasımində rayon İcra Hakimiyyətinin, Təhsil Söbəsinin işçiləri və valideynlər iştirak etmiş, şagirdlərimizə ugurlu yol arzulamışdir.

Turun birinci günündə şagirdlərimiz Qəbələ şəhərinın tarixi ilə tanış olmuş, şəhərin gəzməli və görməli yerlərində olmuş, o cümlədən, Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq muzeyində, Beltman piano zavodunda, Qəbələ istirahət mərkəzində, Tufandağ xizəkçilik-idman kompleksində, Qəbələ konserv zavodunda, Nic kəndində, Qədim Alban məbədində və Vəndam şəlaləsində olmuşdur.

            Növbəti gün Şəki şəhərinə gələn şagirdlərimiz şəhərin Heydər Əliyev Mərkəzini, Dövlət Tarix-memarlıq qoruğunu ziyarət etmiş, Şəki Xan sarayının və Cumə məsçidinin tarixi ilə taniş olmuşdur.

Üçüncü gün Zaqatala rayonuna yola düşən şagirdlərimiz yolüstü Kiş kəndində yerləşən qədim Alban məbədinin tarixi ilə taniş olmuşdur.

Zaqatala şəhərində Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra Tarix və Mədəniyyət qoruğuna, Dədə Qorqud Meydanına, Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil olunmuşdur. Qəbələ şəhərində Azərbaycan İntellektual Klublar Assosiasiyasının keçirdiyi “Nə? Harada? Nə zaman?” bilik yarışmasında iştirak edən rayonumuzun “Lezginka” komandası 66 komanda arasında III yeri tutaraq kubok, diplom və medallarla mükafatlandırılmışdır.

        “Ölkəmizi tanıyaq” turunda iştirak etmiş şagirdlərimiz öz sevinclərini belə ifadə etmişdir:

Eldarova Eleonara- “Artıq səfərimizi başa vurmuşuq. Sevincimin həddi-hüdudu yoxdur. Əminəm ki, mənimlə birlikdə olan şagirdlər də çox sevinirlər, ən əsası isə dərs vəsaitlərində oxuduqlarımızın canlı şahidi olduq”

Abdullayev Alqayit- “Bu lahiyə çərçivəsində ölkəmizdə gedən inkişafın canlı şahidi olduq, həm də çoxlu dostlar qazandıq”.

            Kiçibəyova Zamira– “Belə layihələr bizim dunya görüşümüzdə böyük rol oynayır . Əgər belə layihələr davam etsə, biz Azərbaycanımızı dünyada daha yaxşı təmsil edə biləcəyik”.

            Nicat Şalbuzov- “Bu şəraiti yaratdığına görə ölkə rəhbərliyinə öz minnətdarlığımızı bildiririk”.