30.12.2016

Bilik yarışması

2016-cı il dekabrın 26-da akademik T.İsmayılov  adına Qusar şəhər 6 saylı tam orta məktəbində X”A” sinif şagirdlərinin təşkilatçılığı ilə “Xəmsə” milli intelektual oyunu keçirilmişdir. Oyunda VIII-XI sinif şagirdləri bilik və bacarıqlarını sınamışdır. Yarışda “Şahdağ”, “Natus-Vince”, “Evrika”, Xəmsə”, “Dekabristlər”, “5-lik”, “Alfa”, “Aristokrat” komandaları iştirak etmışdir.

Şagirdlər “Yalnız üç hərf”, “Sehrli mövzu”, “Sürətli mövzu”,”Musiqi”, “Mendeleyev cədvəli” və bir sıra başqa mövzularda yarışmış və kifayət qədər bilik nümayiş etdirmişdir.

Bütün müəllim və şagird kollektivinin maraqla izlədiyi yarışda “Dekabristlər” – I, “Natus-Vince” – II, “Şahdağ” komandası isə III yerə layiq görülmüşdür. Qaliblərə diplom və mükafatlar təqdim edilmişdir.

 


Açar sözlər: