17.01.2017

Quba Soyqırımı  Memorial Kompleksi ziyarət edilmişdir.

Məktəblilərin milli və vətənpərvər ruhda tərbiyə edilməsi və tarixi keçmişimizin dərindən öyrənilməsi istiqamətində Qusar şəhər B.Ağaverdiyev adına 1 saylı tam orta məktəbində müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir.

            Bu yaxınlarda həmin tədbirlər çərçivəsində məktəbin bir qrup şagirdi Quba Soyqırımı  Memorial Kompleksini ziyarət etmişdir.

Quba Soyqırımı  Memorial Kompleksi erməni millətçilərinin dinc əhaliyə qarşı törətdikləri qanlı cinayətlərini, Azərbaycana qarşı ərazi iddialarını və təcavüzkar siyasətini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə 30 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır.

Erməni vəhşiliklərini gələcək nəsillərə tam çılpaqlığı ilə nümayiş etdirən və onlarda vətənpərvərlik, düşmənə qarşı nifrət hissini gücləndirən, erməni  vandalizminin nişanəsi olan bu abidənin məktəbin bütün şagirdləri tərəfindən ziyarət olunması üçün tədbirlər davam etdirilir.


Açar sözlər: