25.01.2017

20 Yanvar şəhidlərinin xatirəsi anıldı.

1990-cı ilin  yanvarın  20-də  süquta  uğramaqda  olan  sovet  imperiyası xalqımıza qarşı növbəti amansız  cinayətini törətdi. Həmin gün  130-dan çox dinc  insanın xüsusi qəddarlıqla qətlə  yetirilməsi,1000-ə  yaxın  insanın  yaralanması, şübhəsiz, xalqımız üşün böyük  dərd, faciə idi. Lakin eyni  zamanda, bu hadisə xalqımızın  milli azadlıq  və  müstəqillik  uğrunda mübarizəsinin  kulminasiya nöqtəsi  olmaqla çağdaş tariximizə  qürur və şərəf mübarizəsi kimi daxil oldu. 20 Yanvar-Qanlı Yanvar qanlı və şanlı tarix oldu.

Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən  geri  çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda canından belə keçməyə  hazır  olduğunu  bütün dünyaya nümayiş  etdirdi.      

           Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 27 il ötməsinə baxmayaraq ölkəmizdə şəhidlərin xatirəsi böyük ehtiramla anılır, onların qəhrəmanlığına həsr olunmuş müxtəlif tədbirlər keçirilir.

           Rayonun bütün ümumtəhsil müəssisələrində olduğu kimi  Hil  kənd  ümumi  orta məktəbində də  20 Yanvar  şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir. 

         19 Yanvar  2017-ci il  tarixində məktəbin  müəllim  və şagird kollektivi kənd qəbiristanlığında uyuyan şəhid   Dair Şahbazov və Zahir Rzayevin məzarlarını ziyarət etmiş, məzar önünə əklil qoymuş, xatirələrini bir dəqiqəlik  sükutla yad  etmişdir.

          Sonra  tədbir məktəbdə davam etdirilmişdir. Tədbirdə şagirdlər şəhidlərə  həsr olunmuş şeir və kompozisiyalarla çıxış etmiş, valideynlər, müəllimlər çıxışlarında xalqımızın  milli azadlıq  və  müstəqillik  tarixinə bu günün qürur və şərəf mübarizəsi kimi daxil olduğunu bir daha qeyd etmişdir.