25.01.2017

Ədəbiyyatı sevənlər.

        Azərbaycan  Respublikası Təhsil  Nazirinin  07.10. 2016-cı il  tarixli, 722 №-li  əmrinə əsasən  2016/2017-ci  tədris  ilində ümumtəhsil  məktəblərinin  VIII-XI sinif  şagirdlərinin  iştirakı  ilə  “ Ədəbiyyat  biliciləri” müsabiqəsinin məktəb və rayon  mərhələsinə yekun vurulmuşdur.

        Təhsil  Nazirinin  “Ümumtəhsil  məktəb  şagirdlərinin  mütaliə  vərdişlərinin  təkmilləşdirilməsi  və  onlarda  mütaliə  mədəniyyətinin  formalaşdırılması  ilə bağlı  tədbirlər  barədə“ əmrinə əsasən  təşkil  olunan  “Ədəbiyyat  biliciləri” müsabiqəsinin  məqsədi  şagirdlərin  Azərbaycan  və  dünya  ədəbiyyatının  görkəmli  nümayəndələrinin  yaradıcılığı  haqqında  məlumatlılıq  səviyyəsini, ədəbiyyat  nümunələrinin  məktəblilər  tərəfindən  mütaliə  olunması  vəziyyətini öyrənmək, mütaliə  sahəsində  xüsusi  fəallığı  iləseçilənşagirdləri  aşkara  çıxarmaq olmuşdur.

      Məktəblərimizdə  mövcud  qaydalara uygun olaraq keçirilən  “Ədəbiyyat biliciləri” müsabiqəsi  Azərbaycan  və dünya  ədəbiyyatı   nümunələrini mütaliə  edən  şagirdlərin  aşkara  cıxarılmasıüçün  sorğu  vərəqləri , test  nümunələri  hazırlanmış  və  VIII-XI  sinif  şagirdləri  arasında  könüllülük  prinsipi  əsasında  məktəb  mərhələsi  keçirilmiş və 26 məktəbdən 114 nəfər şagird rayon  mərhələsində iştirak etmək  hüququ qazanmışdır.

          Musabiqənin rayon mərhələsi yanvar ayının 22-də keçirilmiş və Respublika  mərhələsində  iştirak edəcək şagirdlərin adları  müəyyən olunmuşdur.

 


Açar sözlər: