2016/2017-ci tədris ilində Respublikanın ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanlarının forma və məzmun etibarilə “ Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklər” ə uyğun keçiriləcəyini nəzərə alaraq, Qusar Rayon Təhsil Şöbəsi Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq zəruri maarifləndirmə tədbirləri həyata keçirmişdir. Müdiryanı müşavirələrdə RTŞ əməkdaşlarına müvafiq göstərişlər verilmiş, RTŞ-nin 28 dekabr 2016-cı il tarixində keçirilmiş şura iclasında ümumi təhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri IX siniflərdə buraxılış imtahanlarının keçirilməsinin yeni qaydaları ilə tanış edilmiş, məktəb rəhbərlərinə pedaqoji kollektivlərin üzvlərinə, şagirdlərə və valideynlərə yeni qaydalar barədə məlumat vermək tapşırılmış, 25-26 yanvar tarixlərində T.İsmayılov adına şəhər 6 saylı tam orta məktəbində buraxılış imtahanlarının 1-ci mərhələsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə yeni tipli suallar ( açıq testlər), həmin testlərin həlli yolları ilə bağlı təqdimatlar həyata keçirilmiş, RTŞ metodistləri tərəfindən fənn müəllimlərinə müvafiq tövsiyələr verilmişdir.
Seminarlarda iştirak edən müəllimlər imtahanların 1-ci mərhələsi üçün ayrılan vaxtın 2 saat 30 dəqiqə əvəzinə 3 saat olmasını, Azərbaycan dili fənni üzrə təklif olunan mətnlərin həcminin azaldılmasını təklif etmişdir.