23.02.2017

Beynəlxalq ” Ana  dili  günü”nə  həsr  olunmuş  tədbir.  

         Qusar  Şəhər  İncəsənət  məktəbinin   akt  zalında  şəhər  məktəblərinin  rəhbərləri, pedaqoji  kollektivlər,  şagirdlər  və  ictimaiyyət  nümayəndələrinin   iştirakı ilə  21  fevral  Beynəlxalq ” Ana  dili  günü”nə həsr  olunmuş  tədbir  keçirilmişdir. Tədbirdə çıxış edənlər    “Ana  dili  günü”nün  yaranması  tarixindən,  ana   dilimizin  çətin  sınaqlardan  şərəflə, uğurla  çıxmasından, onun  zənginliyindən, dilin möhtəşəmliyindən,  varlığından,  dilin  qorunub  saxlanılmasının vacibliyindən  söz  açmışdır.

            Ümummilli  liderimiz  Heydər  Əliyevin  dil  haqqında  söylədiyi  “ Hər  bir  xalqın  milliliyini, mənəvi  dəyərini  yaşadan, inkişaf  etdirən  onun  dilidir” devizi altında keçən tədbirdə  Qusar  RTŞ-nin  müdiri  Niftəli  Fərzəliyev  çıxış  edərək  iştirakçıları bayram  münasibətilə  təbrik  etmiş, dil  haqqında  fikirlərini  söyləmiş  və  “Ədəbiyyat  biliciləri”  müsabiqəsinin  rayon  mərhələsində  fərqlənən  şagirdlərə diplomlar  təqdim  etmişdir.

            Tədbir  məktəblilərin  ifasında  Azərbaycan , rus, ləzgi  dillərində  şeir  çələngi  və  şagirdlərin  hazırladıqları  bədii hissə ilə  davam  etdirilmişdir.