27.02.2017

Şəhidlər unudulmur.

          25  fevral   2017-ci  il  tarixində  Zindan  Muruq  kənd  tam  orta   məktəbinin  müəllim kollektivinin üzvləri  və  yuxarı   sinif  şagirdləri   Milli  Qəhrəman  Çingiz  Qurbanovun, vətən yolunda canından keçən digər qəhrəman həmyerlilərinin xatirəsini yad etmək üçün rayonun Şəhidlər Xiyabanını ziyarət etmişdir. ,,Xocalı faciəsi”nin   ildönümü  ərəfəsində keçirilən  tədbirin əsas  məqsədi    şagirdlərdə   vətənpərvərlik   hisslərini   formalaşdırmaq, torpaq uğrunda şəhid olan qəhrəmanlarımızın həyatını öyrənmək, onların əziz xatirəsini əbədiləşdirmək olmuşdur.         

           Tədbirdə  çıxış  edən  məktəbin  direktoru  S.Mançarov bildirdi  ki,  Azərbaycan  xalqı   zaman-zaman   erməni  millətçilələrinin   törətdikləri    cinayətlərin  qurbanına  çevrilmişdir.   Onların   bu  düşmən   hərəkətlərinin  qarşısını  məhz  Çingiz  Qurbanov   kimi  qəhrəmanlar  alıblar.  Ç.Qurbanov  kimi igidlər  əsil  vətənpərvər,  cəsur,  mərd   qəhrəman  kimi   düşmənlərə  elə   zərbə   vurublar  ki,  onlar    bunu  yaxın  gələcəkdə   çətin   unudacaqlar.  Biz  fəxr   edirik  ki,   bizim   vətənini, torpağını, elini  canından   artıq     sevən  belə  igidlərimiz  var. Ona  görə   biz  qəhrəman   igidlərimizin xatirəsini daim   yad  etməliyik.  Çünki   şəhidlər   ölümü  ilə   ölümsüzlüyə   qovuşan  insanlardır.  Vətənin   həmişə  belə  igidlərə  ehtiyacı  olur.  Biz  hamımız  şəhidlərin  şücaətlərindən  örnək  götürməliyik.  Allah   bütün    şəhidlərimizə   rəhmət  eləsin.

              Çıxış  edən   digər   müəllim  və  şagirdlər  də   hər  an    vətənin   müdafiəsinə  hazır  olduqlarını   bildirdilər.