09.03.2017

Kənd məktəbində bayram tədbiri.

Rayonun  Hil kənd ümumi orta məktəbində " 8 Mart Beynəlxalq  Qadınlar  günü" ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Z. Bəkərova ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın  adının ölkəmizdə həmişə uca tutulduğunu,  Azərbaycan qadınlarının  bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmı ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etmişdir.

       Bayrama həsr olunan slaydların nümayişi ilə başlanan tədbir şagirdlərin ifasında gözəl şeirlər, maraqlı kompozisiyalar, mahnılar və rəqslərlə davam etdirilmişdir.


Açar sözlər: ,