10.03.2017

Fənn müsabiqələrinin I mərhələsi.

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblilərin fənn müsabiqələrinin təşkili və keçirilməsi ilə əlaqədar təlimatı məktubu”na uyğun olaraq Qusar RTŞ-nin müvafiq əmri ilə müsabiqənin rayon mərhələsinin keçirilməsi üçün təşkilat komitəsi yaradılmış və 05 mart 2017-ci il tarixində Qusar şəhər 6 saylı tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında riyaziyyat, fizika, biologiya, kimya və informatika fənləri üzrə müsabiqə keçirilmişdir. İştirakçılara 60 test sualını cavablandırmaq üçün 180 dəqiqə vaxt verilmişdir.

              Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılması olmuşdur.

              Fənn müsabiqələrinin ikinci (final) mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.


Açar sözlər: