30.03.2017

Sağlam həyat tərzinin təbliğ olunması istiqamətində tədbirlər davam etdirilir.

Qusar Rayon Təhsil Şöbəsi təlim-tərbiyə prosesinin keyfiyyətcə yaxşılaşdırılması, məktəblilər  arasında zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliğ olunması işinə valideynləri və ictimaiyyət nümayəndələrini cəlb etmək məqsədi ilə rayon Polis Şöbəsi ilə birgə tərtib edilmiş grafikə uyğun olaraq  rayonun bütün tam orta məktəblərində qabaqcıl müəllimlərin, valideynlərin iştirakı ilə  maarifləndirmə tədbirlərinin  həyata keçirilməsini davam etdirir. İlin əvvəlindən rayonun şəhər 1,2,3,4,5,6 nömrəli və Əniğ kənd tam orta məktəblərində belə tədbirlər keçirilmişdir. Həmin görüşlərdə məktəblilər arasında zərərli vərdişlərə qarşı mübarizədə valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsi, hüquqi-maarifləndirmə məsələləri ilə yanaşı vətəndaşları  maraqlandıran digər məsələlərin müzakirəsi də aparılmışdır.

Belə tədbirlərdən biri 27 mart 2017-ci il tarixində Urva kənd tam orta məktəbində keçirilmişdir.rərli vərdişləri inkar edən, gələcəyin zəkalı gəncləri ilə dialoqun, maariflənmənin və əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan bu görüşdə RPŞ-nin “Narkotiklərlə Mübarizə Qrupu”nun əməliyyat müvəkkili, polis leytenantı Z. Hüseynli, RPŞ-nin “Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupu”nun inspektoru, polis baş leytenantı T.Şahverdiyev, TŞ-nin aparıcı məsləhətçisi R. Saruxanov iştirak etmişdir.

            Tədbiri açan məktəbin direktoru Ş. Qurbanov hazırkı dövrdə siqaret çəkmə, narkotiklərdən istifadə və başqa zərərli vərdişlər kimi neqativ  hallara  erkən yaşlardan, məktəb illərindən rast gəlinməyə başladığı  üçün belə tədbirlərin orta təhsil müəssisələrində keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etmişdir.

            Görüşdə zərərli vərdişlərə qarşı birgə mübarizədən danışılarkən gənclərin radikal dini cərəyanlara meyl etməsinin səbəbləri, bu sahədə cəmiyyətin hər bir üzvünün üzərinə düşən məsuliyyət, bu cür meyllərin doğurduğu fəsadlar müzakirə edilmişdir.

Tədbirdə zərərli vərdişlərin qarşısının alınması məqsədi ilə müalicə və cəza tədbirləri barədə  məlumat verilməklə yanaşı, iştirakçıların sualları cavablandırılmış, vətəndaşların rəyləri öyrənilmiş, təşəbbüsləri barədə fikir mübadiləsi aparılmışdır.

 

 


Açar sözlər: