30.03.2017

Əskərlərə bayram sovqatı təqdim edilmişdir.

Qusar şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi bu il də ənənəvi olaraq Novruz bayramı münasibəti ilə əskərləri təbrik etmək üçün rayondakı hərbi hissədə olmuşdur. Şagirdlər əvvəlcə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olmuş, xidməti və inzibati binalarda, əsgər yataqxanasında, yeməkxanada olmuşdur.

Görüşdə iştirak edən məktəbin direktoru Dilşad Şinğarova məktəblilər adından hərbi hissənin zabit heyətini və əskərləri Novruz bayramı münasibəti ilə təbrik etmiş, Azərbaycan ordusunun ümummilli lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrildiyini qeyd etmişdir.

Hərbi hissə ilə tanışlıq zamanı məktəblilər tərəfindən güclü ordusu olan Azərbaycanla fəxr etdikləri xüsusi qeyd olunmuşdur. Tədbirdə şagirdlər əskərlər qarşısında mahnı və rəqs nömrələri ilə çıxış etmişdir.

            Sonda əskərlərə bayram sovqatı paylanmışdır.
 


Açar sözlər: