10.04.2017

“Fəal oxucu” müsabiqəsi

        Qusar şəhər 4 nömrəli tam orta məktəbində şagirdlərin mütaliə qabiliyyətlərini inkişaf etdirmək üçün tez-tez müxtəlif bilik yarışmaları keçirilir.

Belə tədbirlərdən biri 05.04.2017-ci il tarixində keçirilmişdir. IV siniflər  üzrə keçirilən “Fəal oxucu” müsabiqəsində şagirdlərə oxumaq üçün Abdulla Şaiqin əsərləri təqdim olunmuş və əsərlər əsasında şagirdlərlə fikir mübadiləsi aparılmışdır. Şagirdlərin əksəriyyəti verilən suallara ərtaflı, aydın və səlis cavablar vermişdir. Məktəblilərdən Şəhanə, Aysu, Rəsul , Amid müsabiqədə daha fəal iştirak etmişdir. Şəhanə müsabiqədə fərqləndiyinə və oxuduğu əsarlərlə bağlı verilən suallara ətraflı cavab verdiyinə görə “Fəal oxucu” adına layiq görülmüşdür.


Açar sözlər: