25.04.2017

Şəhid qəhrəmanın xatirəsi yad edilmişdir.

        Aprel  ayının   25-də  Azərbaycanın  Milli  Qəhrəmanı  Çingiz  Qurbanovun  adını  daşıyan  Həzrə  kənd  tam  orta   məktəbində  Qusar  Rayon  Təhsil  Şöbəsinin,  rayon   Gənclər  və  İdman   İdarəsinin  təşkilatcılığı  ilə məktəb  şagirdləri,  ictimaiyyət   nümayəndələri,  kənd   ağsaqqallarının iştirakı ilə anım   tədbiri  keçirilmişdir.  

          Tədbirdə   çıxış   edənlər   Çingiz   Qurbanovun   gəncliyə  nümunə   olan  mənalı  həyat   yolu,  onun   qəhrəmanlığı   haqqında  danışmış,  müəllimlər   və  kənd   ağsaqqalları  onun  haqqında   xatirələrini   söyləmişdir.

           Sonda iştirakçılara   Çingiz   Qurbanova  həsr  olunmuş   video-çarx  nümayiş  etdirilmiş, Qusar şəhər 1 saylı   və  Həzrə   kənd  tam  orta   məktəbi  şagirdlərinin   hazırladıqları   ədəbi-bədii  kompozisiya  təqdim olunmuşdur.


Açar sözlər: