08.05.2017

”Milli mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir.

 

        05.05. 2017- ci il tarixində Hil kənd umumi orta məktəbində milli adət və ənənələri əks etdirən ”Milli mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirilmişdir. Qeyd olunmuşdur ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xususiyyətlərdən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır.Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Z. Bəkərova  dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına töhfələr verdiyini, milli-mənəvi dəyərlərin, adət- ənənələrin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd etmişdir.

        Məktəbin müəllimləri L. Atakişiyeva, Y. Cabbarova, V. Muradova da min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələrin millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqda olduğunu xüsusi vurğulamışdır.

        Tədbirdə şagirdlərin səhnələşdirdiyi İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən bir parça, milli rəqs və mahnı nümunələri, toy və elçilik adətləri nümayış etdirilmişdir.