30.05.2017

Bayram tədbiri-bilik yarışması.

        Rayonun Zindan Muruq qışlaq kənd umumi orta məktəbində tarix  müəllimi Elnur Əsgərovun rəhbərliyi ilə fəaliyyət göstərən “Gənc Tarixcilər” dərnəyinin üzvləri  tarixi bayramlara, əlamətdar günlərə həsr olunmuş müxtəlif, bir-birindən maraqlı tədbirlər keçirirlər. May ayının 26-da ”Biz Tarixi Yaşadırıq” devizi altinda keçirilən bayram tədbiri-bilik yarışması da ənənəyə uyğun  olaraq respublikanın hər yerində öyrənilən, təntənəli şəkildə qeyd olunan bayramlardan birinə-28 May Respublika Günü-Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu günə həsr olunmuşdur.

         4 komandanın ( Gənc Tarixcilər, Odlar Yurdu, Lider, Zirvə) iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin tarix muəllimi Elnur Əsgərov belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhda tərbiyə olunmasında mühüm rol oynadığını, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsil dönüş yarandığını, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinin başlandığını xüsusi qeyd etdi.

            Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhda yazılmış şeirlər səsləndi. Novbəti hissədə komandalar  iki mərhələdə Azərbaycan tarixinə aid biliklərini sinadılar. Əsas movzu Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını qoymuş Heydər Əliyevin  həyatı və yorulmaz fəaliyyətinə həsr olunmuşdu. Tədbirdə məktəbin müəllim kollektivi, valideynlər, şagirdlər böyük həvəslə iştirak  etdilər. Yarışda məktəbin “Gənc Tarixçilər “ komandasının üzvləri daha dolğun bilik nümayiş etdirdilər və yarışmanın qalibi oldular.   

              Maraqlı kecən tədbirin sonunda  qalib komanda üzvləri və fəal şagirdlər mükafatlarla təltif olundular.