31.05.2017

Dördüncülərin  olimpiadası.

Rayonun ümumtəhsil  məktəblərinin  ibtidai  pilləsinin  IV  sinifində  oxuyan şagirdlərin  ümumi  bilik  səviyyəsini  müəyyənləşdirmək,  ibtidai  siniflər  üzrə ən  istedadlı  şagirdləri  aşkara çıxarmaq  məqsədilə  Qusar  Rayon  Təhsil  Şöbəsinin  24 may  2017–ci il tarixli  30  nömrəli  əmrinə  uyğun  olaraq  may  ayının 27– də şəhər  4  saylı tam  orta  məktəbində  fənn olimpiadası keçirilmişdir. Olimpiadada  rayonun  ümumtəhsil  məktəblərindən  55  şagird  iştirak etmişdir.  Həm Azərbaycan, həm də rus  bölməsi  üzrə  keçirilən  bilik yarışmasında   Azırbaycan  dili , Riyaziyyat  və Həyat  bilgisi  fənləri  üzrə  şagirdlər   öz  bacarıqlarını  sınamışdır.

Olimpiadanın nəticələri  Təhsil   Şöbəsində  yaradılmış  komissiya  tərəfindən  yoxlanılmış və  qaliblər  müəyyənləşdirilmişdir.

Olimpiadada  fərqlənərək  ilk  yerləri  tutmuş    şagirdlərə məktəblərdə  son  zəng  tədbirində təntənəli şəkildə Təhsil  Şöbəsinin  diplomları  təqdim ediləcəkdir.


Açar sözlər: