15.08.2017

 Qusarda məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim  kursları başa çatmışdır.

            “Uşaqların  məktəbəhazırlığının   təşkili  məsələləri  haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  11 iyul  2016 – ci il tarixli  271  nömrəli  qərarının  və Azərbaycan  Respublikası  təhsil  nazirinin 04  aprel  2017- ci il tarixli  184  nömrəli  əmrinin  icrasını  təmin etmək məqsədi ilə  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Qusar  şəhər 1  saylı  tam  orta  məktəbində məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim  kursları təşkil olunmuşdur. Rayon Təhsil Şöbəsi tərəfindən məktəbəhazırlıq  qruplarında  çalışacaq  müəllimlərin  siyahısı  dəqiqləşdirmiş  və  onların  təlim  kurslarına  cəlb  olunmasını  təmin  etmək məqsədilə digər zəruri tədbirlər həyata keçirilmişdir. 02-14  avqust  tarixlərini əhatə  etməklə  iki mərhələdə  keçirilən kurslara  avqustun  2- də  start  verilmişdir və artıq 100 nəfər müəllim bu  kursları bitirmişdir. Yaxın vaxtlarda onlara müvafiq sertifikatlar təqdim ediləcəkdir. 

            Təlim kursları müddətində müəllimlər üzləşdikləri  problemlər, 5 yaşlı  uşaqların  psixoloji  xüsusiyyətləri , onları öyrətmə  formaları, uşağın  inkişafında  oyunların  rolu , ailələrlə  əməkdaşlıq  və  ünsiyyət  strategiyaları ilə bağlı fikir mübadiləsi aparmış,   bir-biri ilə  təcrübələrini bölüşmüşdür. 


Açar sözlər: ,