13.09.2017

Qusar rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

07 sentyabr 2017-ci il tarixində Qusar rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda Qusar Rayon İcra hakimiyyətinin başçısının müavini Z. Eldarova, Bakı Təhsil İnstitutunun direktor müavini  Faiq Şahbazlı, idarə, müəssisə rəhbərləri, yerli icra nümayəndələri, qabaqcıl təhsil işciləri, ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlar iştirak etmişdir. Konfrans iştirakçıları rayondakı H. Əliyev mərkəzində ümummilli liderin abidəsini ziyarət etmiş, abidənin önünə çiçəklər qoymuş, ulu öndərin xatirəsini yad etmişdir.

Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev konfrans iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş və “ 2016-2017-ci tədris ilində görülmüş işlər və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi  ilə çıxış etmişdir. Daha sonra məruzə ətrafında Zindan  Muruq    kənd  tam  orta    məktəbinin    direktoru    Sudya   Mançarov, şəhər  1 saylı   tam  orta    məktəbinin    müəllimi   Səlimə  Nürəddinova,    şəhər  2 saylı tam  orta  məktəbinin   direktoru    Dilşad    Şinğarova çıxış etmiş, məruzədə qaldırılan məsələlərlə bağlı öz fikirlərini bildirmişdir.

Çıxış edən Rayon  İcra   Hakimiyyəti  başçısının  müavini Zoya Eldarova, Bakı  Təhsil  İnstitutunun  direktor   müavini  Faiq Şahbazlı ölkə başçısının hər sahədə olduğu kimi təhsilə, elmə verdiyi diqqət və qayğıya əməli işimizlə cavab verməli olduğumuzu, təhsildə keyfiyyət məsələlərin daha da aktuallıq kəsb etdiyini önə çəkmiş, pedaqoji ictimaiyyətə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Zindan Muruq kənd tam orta məktəbinin məzunları-qızıl medal sahibləri, 657 balla  Bakı  Dövlət  Universitetinin    tələbəsi adını qazanmış Azadov  Mustafa  Rövşən  oğlu  və 637 balla Azərbaycan  Tibb  Universitetinin    tələbəsi olmuş Ağamuradov  Salik    Bəxtiyar  oğlu  çıxış etmiş, onlara yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonra 600-dən yuxarı bal toplamış məzunlara hədiyyyələr verilmiş, təhsil nailiyətləri ilə fərqlənən pedoqoji işçilərə diplom və fəxri fərmanlar təqdim edilmişdir.


Açar sözlər: