22.11.2017

Pilot  layihə  çərçivəsində  işlər davam etdirilir.    

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsində qalib olmuş “ Qusar  rayon  Balaqusar   Bələdiyyəsi  ərazisində  yerləşən  4  ümumtəhsil  məktəbində    peşəyönümü  işinin  inkişaf  etdirilməsi”nə   dair  pilot  layihə  çərçivəsində  işlər davam etdirilir.    

Layihənin   məqsədi  və mahiyyəti   səmərəli  peşəyönümü  sistemini  hazırlayıb qurmaq  vasitəsilə  IX-XI   sinif  şagirdlərinin  peşə  və  ixtisas  seçimini  təkmilləşdirmək   və  digər  ümumtəhsil   məktəblərində   onların  tətbiq  edilməsi  üçün  nümayiş  etdirməkdir.  

Bu sahədə   görüləcək  işlər  plana  uyğun  aparılmış,  Qusar  rayon  Balaqusar  kənd Mədəniyyət Mərkəzində   Balaqusar  kənd  tam  orta  və  Köhnə Xudat Qazmalar kənd   ümumi  orta    məktəblərində  təhsil alan   şagirdlərin  valideynləri  ilə  layihə  rəhbəri, ekspert  və  təlimçilərin   görüşü  təşkil  olunmuş, valideynlərlə  “peşəyönümünün  mahiyyəti”  mövzusunda   təlim-seminar  keçirilmişdir. Həmin gün  təlimlərə cəlb olunmuş  müəllimlər üçün Həsənqala kənd tam orta məktəbində də treninq təşkil olunmuşdur. Layihə  çərçivəsində  Həsənqala, Bədirqala, Balaqusar və  Köhnə Xudat Qazmalar  kənd  məktəblərində  müəllimlərdən peşəyönümü  və  ixtisasseçimi   üzrə  təlimçi–mütəxəsislərin hazırlanması, şagirdlər  üçün  peşəyönümü təlimlərinin, testlərin,  keçirilməsi, ümumtəhsil məktəbləri və peşə məktəbləri  arasında  əlaqələrin  qurulması, peşə   məktəblərinə  informasiya  turlarının  təşkil  olunması,  sağlamlıq imkanları məhdud  məktəblilərin  peşəyönümü  təlimlərində  iştirakının  təmin  edilməsi nəzərdə tutulmuşdur.

Tədbirlər planına uyğun olaraq 3-4 noyabr 2017–ci  il  tarixlərində   Həsənqala   kənd   tam  orta  məktəbində   müəllimlər  üçün  təlimlər   təşkil  olunmuş , təlim  keçmiş müəllimlər  tərəfindən Həsənqala, Bədirqala, Balaqusar və  Köhnə Xudat Qazmalar  kənd  məktəblərində  təhsil  alan VIII-XI  sinif  şagirdləri  üçün  dərslər  keçirilmişdir. 

Layihə   çərçivəsində   növbəti   tədbir  kimi  13 noyabr  2017-ci  il   tarixində   peşə  təhsilinə   maraq  göstərən  şagirdlərin  Qəbələ   şəhərində   yerləşən  Dövlət  Peşə  Təhsili  Mərkəzinə  ekskursiyası  (info-tur) təşkil  olunmuşdur. Şagirdlər Qəbələ   şəhərində   yerləşən  Dövlət  Peşə  Təhsili  Mərkəzində öyrədilən müxtəlif peşə sahələri ilə tanış olmuş, əyani olaraq istehsalat  prosesində iştirak etmiş, maraqlandıqları peşə sahələri ilə bağlı suallara cavab almışdır. Dövlət Peşə Agentliyinin şöbə müdiri Eldar Salahov, Qəbələ   Dövlət  Peşə  Təhsili  Mərkəzinin əməkdaşları peşə təhsilinin əhəmiyyəti və gələcək perspektivləri barədə şagirdlərə maraqlı məlumatlar vermişdir.

Layihə çərçivəsində tədbirlər davam etdirilir. Müəllimlər üçün təlim-seminarlar, şagirdlər üçün peşəyonümü dərsləri təşkil olunur. Növbəti tədbir kimi 28 noyabr 2017-ci il tarixində Xaçmaz rayonunda yerləşən Peşə Liseyinə şagirdlər üçün  info-tur təşkil olunacaqdır.

Layihənin  icra  müddəti  3  aydır.

 

Əlavə məlumat üçün əlaqə nömrəsi: 050 591 45 85, e-mail:  hesenqala.mekteb@inbox.ru


Açar sözlər: