21.02.2018

“Beynəlxalq Ana Dili Günü”nə  həsr  olunmuş tədbir

21 fevralda Qusar Şəhər Musiqi Məktəbinin akt zalında təhsil işçilərinin və şəhər məktəblərinin şagirdlərinin iştirakı ilə “Beynəlxalq Ana Dili Günü”nə  həsr  olunmuş tədbir keçirilib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin  dil  haqqında söylədiyi “Hər bir xalqın milliliyini, mənəvi dəyərini yaşadan, inkişaf etdirən onun dilidir” şüarı altında keçən tədbirdə xüsusi qeyd olunmuşdur ki, multikultural dəyərləri qoruyub-yaşatmasına görə bütün dünyaya nümunə olan, tolerantlıq məkanı kimi tanınan Azərbaycan  Respublikası müxtəlif dilli xalqların Vətənidir. Burada bütün xalqlar mehrıban bir  ailənin üzvləri kimi  yaşayırlar. Hər kəs öz ana dilini sevir, öyrənir, qoruyur. Ölkəmizdə yaşayan hər bir Azərbaycan vətəndaşı öz ana dilində yazıb- yaradır, ümumtəhsıl məktəblərdə azsaylı xalqların dilləri tədris olunur.

Tədbirdə çıxışlarda Azərbaycanda yaşayan bütün xalqları bir-birinə yaxınlaşdıran, onların arasında ünsiyyət vasitəsi olan təlim dilimiz, dövlət dilimiz olan Azərbaycan dilinin müstəqil  dövlətimizin mühüm atributlarından biri olması, bu dilin ana vətənimiz qədər hamıya doğma, əziz olması, dövlət dilini qrammatik cəhətdən təmiz, mükəmməl öyrənmək, səlis, rəvan danışığa malik olmaq, yabançı sözlərdən qoruyub saxlamaq milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olması xüsusi vurğulanıb.

 


Açar sözlər: ,