22.02.2018

Məktəbdə bayram tədbiri

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur.

Müxtəlif tarixi hadisələrin, əlamətdar günlərin, milli bayramların qeyd edilməsinin ənənə şəklini aldığı Hil kənd ümumi orta məktəbində də Ana dili günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirə hazırlıq çərçivəsində şagirdlər arasında müxtəlif nominasiyalar üzrə müsabiqə və yarışlar keçirilmiş, fərqlənən məktəblilərə Ana dili günü ilə bağlı baş tutan tədbirdə hədiyyə və diplomlar təqdim edilmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Zöhrə Bəkərova Ana dili gününün təsis edilməsinin əhəmiyyətindən danışmış, bu günün ana dilini öyrədənlərin və öyrənənlərin bayramı olduğunu vurğulamışdır.