22.02.2018

Birincilərin sevinci

Qusar  rayonunun  Zindan  Muruq  kənd  tam  orta  məktəbində Beynəlxalq   Ana  Dili  Günü   və  I sinif şagirdlərinin  əlifba  bayramı  qeyd  olunub.

Çıxış  edən  məktəbin  direktoru   S.Mançarov   tədbirin   iştirakçılarını, xüsusilə,   valideynləri  və  I  sinif şagirdlərini   Ana  dili  günü   və  əlifba  bayramı  münasibətilə   təbrik edib,  bu  tədbirin  əhəmiyyəti  barədə   fikirlərini  çatdırıb və məktəblilərin   çöhrəsindəki  gülüşə,  valideynlərin   qəlblərindəki  fərəh  hissinə   görə  I sinif  rəhbəri  Validdin  Ağaxanova təşəkkürünü bildirib.    

             Valideynlər  də  çıxışlarında  tədbirdən   razı  qaldıqlarını   qeyd ediblər. 

Sonra   söz  I  sinif şagirdlərinə  verilib.  Onlar maraqlı proqramla çıxış ediblər.


Açar sözlər: