14.03.2018

Hərbi hissədə bayram tədbiri

Qusar şəhər 2 saylı tam orta məktəbində şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsi, onların ordu həyatı ilə tanış olmaları, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılması kimi mənəvi keyfiyyətlərin aşılanması istiqamətində müntəzəm olaraq məqsədyönlü iş aparılır.

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində rayonda yerləşən “N” saylı hərbi hissədə məktəbin müəllim, valideyn və şagirdlərinin iştirakı ilə hər il keçirilən “Novruz bayramı” tədbiri  mühüm əhəmiyyət daşıyır.

13 mart 2018-ci il tarixində “Novruz bayramı” münasibətilə “N” saylı hərbi hissədə təşkil olunan bayram tədbirində məktəblilərin hazırladığı şirniyyat xonçaları ilə yanaşı musiqi və rəqslərdən ibarət kompozisiya da vətən keşikçilərinin ürəyindən olub.

Tədbirdə çıxış edən məktəbin direktoru D, Şinğarova əsgər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik edərək onlara şərəfli xidmətlərinin yerinə yetirilməsində sayıqlıq və mətinlik arzulayıb.


Açar sözlər: ,