14.03.2018

Bayram tədbiri

Qusar şəhər 6 saylı  tam orta məktəbində ibtidai sinif şagirdlərinin iştirakı ilə bayram tədbiri təşkil olunub. Bayram tədbirini təbrik sözü ilə məktəbin direktoru N.Kliçova açıb. O, məktəbliləri bayram münasibəti ilə təbrik edib və onlara təhsildə nailiyyətlər diləyib. Tədbirdə yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər tamaşaçı qismində iştirak edib. Şagirdlərin ifasında  rəqs, şeir, mahnı nömrələri tamaşaçılar tərəfindən  maraqla qarşılanıb.
 


Açar sözlər: