29.03.2018

Kənd məktəbində bayram tədbiri

Rayonun Avaran kənd tam orta məktəbində şagirdlərin mənəvi tərbiyəsi istiqamətində məqsədyönlü iş aparılır,   şagirdlərin müxtəlif bacarıq və qabiliyyətlərini üzə çıxarmaq üçün tez-tez yaradıcılıq müsabiqələri və digər mədəni-kütləvi tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də bu yaxınlarda məktəbin müəllimi Rima Şixqayıbovanın rəhbərliyi ilə ibtidai sinif şagirdlərinin təşkil etdiyi bayram şənliyi olub. Milli paltarlar geyinmiş uşaqların ifasında səslənən müxtəlif folklor nümunələri, milli mahnılar müəllim və şagirdlərin ürəyindən olub, onlara bayram əhval-ruhiyyəsi bəxş edib.


Açar sözlər: