02.04.2018

Soyqırım qurbanlarının xatirəsi yad edilib

Mart ayının 30-da şəhər 4 saylı tam orta məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. dbirdə məktəbin müəllim  kollektivi və şagirdləri iştirak edib. Məktəbin tarix müəllimi Rail Kazımov tariximizin qan yaddaşı olan   31 Mart–Soyqırımı barədəermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirin sonunda  soyqırım qurbanları 1 dəqiqəlik sükutla yad edilib.

Məktəbin müəllim və şagird kollektivi Qusar şəhərində 1918-ci ildə “qanlı dərə”də erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidəni də ziyarət ediblər.


Açar sözlər: