03.04.2018

Məktəbdə anım tədbiri

Mart ayının 31-də bütün Qusar sakinləri kimi şəhər 6 saylı tam orta məktəbinin müəllim və şagird heyəti də “Qanlı dərə” adlanan yerdə erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə Qusar şəhərində ucaldılmış abıdəni ziyarət ediblər.

Sonra məktəbdə 31-mart-Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri iştirak ediblər. İlk olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Nazifat Bağırova Azərbaycan xalqının başına gətirilən soyqırımları faktlarla diqqətə çatdıraraq bildirib ki, mart soyqırımı nəticəsində Azərbaycanın müxtəlif bölgələrində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Həmçinin 31-martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın tarixi əhəmiyyəti vurğulanıb, bu sənədin xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığı diqqətə çatdırılıb.


Açar sözlər: