30.04.2018

Rus dili olimpiadasının rayon turu

“Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxakq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Azərbaycan nümayəndəliyinin 2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində, habelə bölgələrdə X Respublika rus dili və ədəbiyyatı olimpiadasını keçirməyi planlaşdırması haqqında”  Azərbaycan  Respublikası Təhsil  Nazirliyinin məktubuna uyğun olaraq Qusar rayonunun ümumtəhsil məktəblərinin Azərbaycan və Rus bölmələrinin VII-VIII  sinif şagirdləri arasında X rus dili olimpiadasının rayon turu başa çatıb.

               Rayonun ümumtəhsil  məktəblərində fevral ayının 20-dək  yerlərdə məktəbdaxili olimpiadanı keçirərək rayon Təhsil Şöbəsinə qalib şagirdlərin siyahıları təqdim olunub və aprel ayının 4-də keçirilən baxış  müsabiqəsinin II mərhələsinin 17 nəfər qalibi 20 aprel 2018-ci il tarixində Şabran şəhərində keçirilən olimpiadanın zona mərhələsində iştirak edib.

               İştirakçılar Rusiya səfirliyinin sertifikatı ilə təltif olunub. 


Açar sözlər: