17.05.2018

Qusar Rayon Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilib

16 may 2018-ci il tarixində Qusar Rayon Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilib. İclası giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri N. Fərzəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib, şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, yeniyetmələrin yad təsirlərdən qorunması sahəsində məktəblə valideyn komitələrinin birgə işinin qurulmasının müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.

“Rayonun ümumtəhsil müəssisələrində çətin tərbiyə olunan, uğursuz və aztəminatlı ailələrdən olan uşaqlarla aparılan işlərin vəziyyəti” barədə məruzə ilə çıxış edən TŞ-nin müdir müavini Y. Abuyev qeyd edib ki, rayonun ümumtəhsil müəssisələrində  bu sahədə kifayət qədər səmərəli iş aparılsa da,  şəhər 2, 3 saylı , Əniğ, Aşağı Ləyər, Quxur oba, Yuxarı Kalunxur, Köhnə Xudat, Avaran, Xürel, Çiləgir və Hil kənd tam orta məktəblərində tərbiyə işi günün tələbləri səviyyəsində qurulmayıb, şagirdlərin tərbiyəsində iştirak edən aidiyyatı şəxslərin  fəaliyyətinə zəruri nəzarət təmin edilməyib.

            Metodik kabinetin direktoru Q. Muradovun “Rayonun ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisi vəziyyəti” barədə məruzəsində rayonun ümumtəhsil müəssisələrində  Azərbaycan dili və ədəbiyyatı  fənlərinin tədrisinin yaxşılaşdırılması istiqamətində görüımüş işlər, bu sahədə qarşıya çıxan çətinliklər barədə məlumat verilib.

            Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

            İclas digər cari məsələlərin müzakirəsi ilə davam edib.


Açar sözlər: