17.05.2018

Şəhər 1 saylı tam orta məktəbində Əlifba bayramı keçirilib

May ayının 15-də Bəhruz Ağaverdiyev adına şəhər 1 saylı tam orta məktəbində birinci sinif şagirdlərinin iştirakı ilə Əlifba bayramı tədbiri keçirilib.

Məktəbin direktoru A. Xəlilov birinciləri bayram münasibətilə təbrik edib. O qeyd edib ki, 2017/2018-ci tədris ilində məktəbin birinci siniflərini 48 şagird bitirəcək. Şagirdlərin demək olar ki, hamısı  “yaxşı”və “əla” qiymətlərlə  oxuyub. O, şagirdlərin hər birinə  təhsili müvəffəqiyyətlə başa vurduqlarına görə diplomlar təqdim edib.

Tədbirdə fəalliq göstərən birincilərin oxuduqları şeirlər, mahnılar, göstərdikləri  səhnəcik nümunələri xüsusilə diqqəti cəlb edib.

Birincilərin bayram  tədbirində Qusar Rayon Təhsil Şöbəsinin ibtidai sinifər üzrə metodisti N. Babayeva da iştirak edib. O, şagirdləri, onların müəllimlərini və valideynləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə və həyatda uğurlar arzulayıb.


Açar sözlər: