21.05.2018

 Heydər Əliyev Mərkəzində  açıq dərs

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə  Balaqusar kənd tam orta məktəbində silsilə tədbirlər keçirilib.

Tədbirlərə  Heydər Əliyev Mərkəzində keçilən açıq tarix dərsi və ümummilli lider  Heydər Əliyev muzeyinin ziyarəti ilə start verilib. Yuxarı sinif şagirdlərinin, məktəb direktoru B. Zəkiyevin və tarix müəllimi C. Ağabəyovun iştirakı ilə keçilən dərsdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dönəmdə milli dövlətçilik tarixinə verdiyi töhfələrdən danışılıb və ümummilli lider Heydər Əliyevın həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Şagirdlər mövzulara uyğun hazırladıqları məlumatları səsləndiriblər. Dərsin sonunda Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın əldə etdiyi uğurlar haqqında məlumatların hazırlanması şagirdlərə tapşırıq olaraq verilib.

Tədbir növbəti günlərdə məktəbdə fizki tərbiyə müəllimi A. Niftəliyevin rəhbərliyi ilə Heydər Əliyevin anadan olmasının 95 və  AXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş voleybol yarışları, “Bacarıqlı əllər” dərnəyinin rəhbəri S. Bayramovanın rəhbərliyi ilə şagirdlərin əl işlərindən ibarət sərgi,  şeir yarışması və maraqlı kompozisiyalarla davam edib.

Məktəbdə   şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində də məqsədyönlü iş aparılır. Faşizm üzərində qələbənin 73 illiyi münasibəti ilə mayın 9-da məktəbin kollektivi Qarabağ qazisi B. Abdullayevin şəxsi vəsaiti hesabına bərpa olunan 1941-1945-ci il Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

 Məktəbin direktoru B. Zəkiyev tədbirin fəal iştirakçılarına fəxri fərmanlar təqdim edib. B. Zəkiyev belə tədbirlərin keçirilməsinin yetişməkdə olan gənc nəslin ölkənin tarixini, milli-mənəvi dəyərlərini dərindən bilməsi baxımından önəmli olduğunu, yeni nəslin milli-mənəvi dəyərlərə sadiq ruhda tərbiyəsinin,  təhsilimizin beynəlxalq aləmdə rəqabətə davamlı qurulmasının  məktəb kollektivinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.


Açar sözlər: ,