22.05.2018

Respublika müsabiqəsində III yer

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müstəqil dövlətçiliyimizin banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublika  orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqəsi keçirib.  Müsabiqədə 3000-dən artıq şagird iştirak edib.

Respublika müsabiqəsində  III yer tutan şəhər 6 saylı tam orta məktəbinin IX  sinif şagirdi Həmidova Aydan Əsman qızı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və mobil telefonla mükafatlandırılıb. A. Həmidova çıxışında qeyd edib ki, Azərbaycanın dünya miqyasında tanınmasında misilsiz xidmətləri olan ulu öndər H.Əliyevin doğum gününün bu günə təsadüf etməsi onun üçün qürur hissidir və o inanır ki, ulu öndərin layiqli davamçısı olan prezident İ.Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimiz əbədi və sonsuz olacaq, işğal altında qalan torpaqlarımız tez bir zamanda azad olunacaqdır.


Açar sözlər: