23.05.2018

“Ailə insanın milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsinin  beşiyidir”  mövzusunda  konfrans

Qusar Rayon Təhsil Şöbəsi rayonun  ümumtəhsil məktəbləri  şagirdlərinin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyəsini  daim  diqqət  mərkəzində  saxlayır.

May ayının 18-də Heydər  Əliyev  Mərkəzində RTŞ-nin Metodik kabineti və şəhər 2 saylı tam orta  məktəbinin  birgə  hazırladıqları “Ailə insanın   milli-mənəvi  və ümumbəşəri  dəyərlər  ruhunda    tərbiyəsinin    beşiyidir”    mövzusunda     konfrans keçirilib.   Konfransı   giriş    sözü  ilə    açan    RTŞ-nin Metodik    kabinetinin    direktoru  Q. Muradov  gənclərin  tərbiyəsində  məktəbin ailə  və  ictimayiyyətlə  birgə  işinin  zəruriliyini  xüsusi  vurğulayıb.

Konfransda şəhər  2  saylı tam  orta məktəbinin direktoru D. Şinqarovanın, həmin   məktəbin   Valideyn-Məktəb Assosiasiyasının üzvü S. Həbibzadənin  və  X sinif  şagirdi  F.Məcidovanın,  şəhər  1  saylı  tam  orta  məktəbinin  müəllimi  L. Zəkiyeva və 4  saylı tam orta məktəbinin direktor  müavini Ş. Tağıyevanın çıxışları  konfrans iştirakçıları tərəfindən  maraqla  dinlənilib.

Konfransın  işində  “Azərbaycan  Valideyn-Müəllim  Assosiasiyası“  İctimai Birliyinin icraçı  direktoru  Şahin  Rəcəbov iştirak  edib.


Açar sözlər: