24.05.2018

Pedaqoji əməkdaşlıq əlaqələri davam etdirilir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin  yaradılması barədə” 05 yanvar 2018-ci il tarixli, 21№-li əmrindən irəli  gələn vəzifələrin  icrası məqsədilə Qusar Rayon Təhsil Şöbəsi Quba Rayon Təhsil  Şöbəsi ilə pedaqoji əməkdaşlığa dair birgə Fəaliyyət  Planını   tərtib   edib və pedaqoji   əməkdaşlığa cəlb edilmiş ümumtəhsil məktəb rəhbərlərinin təlimatlandırılması məqsədilə RTŞ-nin Metodik   kabineti  12  yanvar  2018-ci  il   tarixində  “Ümumtəhsil    məktəbləri  arasında  pedaqoji  əməkdaşlıəlaqələrinin  səmərəli   təşkili   yolları mövzusunda   seminar, 09 fevral 2018-ci il tarixində RTŞ Metodik kabinetlərinin iş təcrübəsinin qarşılıqlı mübadiləsi məqsədilə “Təlim keyfiyyətinin  yüksəldilməsində pedaqoji  əməkdaşlığın və metodiki işin səmərəli təşkilinin  rolu” mövzusunda dəyirmi  masa   keçirib.

Cari dərs ilinin fevral-may aylarında hər iki rayonun pedaqoji kollektivlərində  bilavasitə RTŞ Metodik kabinetlərinin rəhbərliyi ilə görüşlər, dərs dinləmələr, ədəbi-bədii kompozisiyalar, bilik və idman yarışları, ağacəkmə  tədbirləri  və s. təşkil  olunub, məktəblərin  ilk  tədbirlərində  həm Qusar, həm də  Quba  rayonlarında   Ümummilli  lider HeydəƏliyevin abidəsi  önünə  gül  dəstələri   qoyulub.

Qusar Rayon  Təhsil  Şöbəsi  2018/2019-cu  dərs  ilində  pedaqoji  əməkdaşlığa  cəlb olunmuş məktəblərin şəbəkəsini genişləndirməyi, ümumi təhsilin aktual   məsələləri:  icbari təhsil, təhsilin  keyfiyyəti və  təlim nailiyyətlərinin yaxşılaşdırılması, istedadlı   uşaqlarla iş və s. sahələrdə  təcrübə   mübadiləsinə   həsr   olunmuş seminar,  dəyirmi   masa,  konfrans və  müzakirələrin  keçirilməsini, qabaqcıl  müəllimlərin nümunəvi ustad dərslərinin, müasir dərsə verilən tələblər,  innovativ  təlim  metodları  ilə   bağlı   təqdimatların   təşkilini planlaşdırıb. Yeni dərs   ilində   pedaqoji  əməkdaşlığa cəlb edilən məktəblərdə, eləcə də  rayon Təhsil Şöbələrində ”Qardaşlaşmış   məktəblər”  başlıqlı stend  və   guşələr   təşkil   olunacaqdır.


Açar sözlər: ,