24.05.2018

Köhnə Xudat kənd tam orta  məktəbində “Azərbaycan xalq cümhuriyyət ili” qeyd olunub

Qusar rayonunun ümumtəhsil müəssisələrində  “Azərbaycan xalq cümhuriyyət ili” ilə bağlı tədbirlər davam etdrilir. Bu münasibətlə  Köhnə Xudat kənd tam orta  məktəbində geniş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri,  valideynlər   iştirak edib.

Giriş sözü ilə tədbiri  açan məktəbin direktoru N. Ağayev 1918-ci ilin 28 mayında müsəlman şərqində  ilk parlamentli respublikanın yaranmasının Azərbaycan xalqının həyatında çox önəmli  hadisə olduğunu qeyd edib. Məktəbin təşkilatçısı R. Balakişiyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimləri İ.  Ağayeva və N. Əlimətova çıxışlarında cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymasından, xalqın qəlbində istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmasından söz açıb. Tədbirdə  Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk  gündən dövlət rəmzlərinin yaradılmasına  xüsusi önəm verməsi xüsusi qeyd olunub.

Tədbir şagirdlərin milli vətənpərvərlik ruhunda  hazırladıqları mahnı , rəqs  və şeirlərlə davam edib.


Açar sözlər: