30.05.2018

Dördüncülərin olimpiadası

        May ayının 26-da şəhər 3 saylı tam orta məktəbində rayonun ümumtəhsil müəssisələrində təhsil alan IV sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənlərindən olimpiada keçirilib. Olimpiadada rayonun 53 məktəbindən 60 nəfər şagird iştirak edib. Azərbaycan dili və riyaziyyat fənləri üzrə istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə təşkil olunan olimpiadada testlər tərtib olunarkən  əsasən məntiqi və açıq  tipli suallara üstünlük verilib. Olimpiada şagirdlərin tədris aldığı dillərə uyğun hər iki bölmə üzrə aparılıb.

            Azərbaycan  bölməsi üzrə ən yüksək nəticə ilə şəhər 1 saylı tam orta məktəbi birinci, şəhər 3 saylı, Şirvanovka və Xuray kənd tam orta məktəbləri eyni nəticə ilə ikinci, Quxuroba kənd tam və Nəcəfkənd kənd ibtidai məktəbləri üçüncü, rus bölməsi üzrə şəhər 2 saylı tam orta məktəbi birinci, şəhər 2 və 6 saylı tam orta məktəbləri ikinci, şəhər 4 saylı tam orta məktəbi üçüncü yerə layiq görülüb. Yüksək nəticə göstərmiş şagirdlər diplomlarla təltif olunub.


Açar sözlər: ,