12.06.2018

 “ Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir

Kuzunqışlaq kənd tam orta məktəbində Azərbaycan tarixi fənnindən müxtəlif tədbirlərin, viktorinaların, bilik yarışmalarının keçirilməsi bir ənənə halını alıb.

Növbəti belə tədbir qonşu Zindan Muruq qışlaq kənd ümumi orta məktəbinin şagirdləri ilə birgə keçirilən bilik yarışması olub. Tədbir iki mərhələdə keçirilib. Alqış sədaları altında üç rəngli dövlət bayrağı tədbirə gətirilib. Dövlət himni səslənib. Tədbirin təşkilatçısı, məktəbin tarix müəlləmi Elnur Əskərov tədbiri açıq elan edib və belə tədbirlərin tariximizə  olan marağımızı, Vətənə, dövlətimizə, torpağa olan sevgimizi daha da artirdığını xüsusi vurğulayıb.

Viktorina mərhələsində Kuzunqışlaq kənd tam orta məktəbinin “Odlar Yurdu” komandası ilə Zindan Muruq qışlaq kənd ümumi orta məktəbinin “Tarixçilər “ komandası Azərbaycan tarixi fənnindən bacarıqlarını sınayıblar. “Tarixçilər” komandası daha yaxşı bilik nümayiş etdirərək  birinci yeri qazanıb.

Sonra şagirdlər müstəqilliyə, Milli Qurtuluş gününə, istiqlala, vətənə həsr edilmiş şeirlər söyləyib, tarixi faktları diqqətə çatdırıb.

Hər iki məktəbin gənc müəllimlərindən təşkil edilmiş münsiflər heyəti şeir müsabiqəsi üzrə də I, II, III yerləri tutan məktəbliləri müəyyən edib və onları mükafatlandırıb.

Tədbir şagirdlər tərəfindən maraqla qarşılanıb və onlarda xoş təəsürat yaradıb.


Açar sözlər: ,