20.06.2018

 “Balaca məzun”lar

Rayonun qabaqcıl ümumtəhsil müəssisələrindən biri olan Hil kənd ümumi orta məktəbində şagirdlərin dördüncü sinifləri bitirməsini təntənəli şəkildə qeyd etmək ənənə şəklini alıb. “Balaca məzun”lar məktəbdən ayrılmasalar da, ilk dəfə əllərindən tutub yazı yazmağı, kitab oxumağı öyrədən, ana nəvazişi göstərən ilk müəllimindən ayrılırlar.

Dördüncülərin sinif rəhbəri M. Səlimova  və məktəbin kitabxanaçısı A. Kərimovanın təşəbbüsü ilə təşkil olunan bu ilki Əlvida, ilk müəllimimiz” adlı tədbir də balaca məzunların hazırladığı səhnəcik, rəqs, mahnı və çıxışlarla yadda qalıb. Tədbirdə çıxış edən məktəbin direktoru Z. Bəkərova təhsildə bir pillə də yüksələn dördüncüləri ibtidai hissəni müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, qarşıdakı təhsillərində uğurlar diləyib və onlara gələcəkdə nüfuzlu ali məktəblərin məzunu adını qazanmağı arzulayıb.


Açar sözlər: