26.07.2018

Məktəbəhazırlıq qruparında  dərs deyəcək müəllimlər üçün təlim kursları

 “2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 iyul 2018-ci il tarixli, F-524 nömrəli əmrinə uyğun olaraq Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Qusar rayonunda məktəbəhazırlıq qruparında  dərs deyəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlim kurslarına strart verilib. 24 iyun tarixində Qusar şəhər 3 saylı tam orta məktəbində başlanan məşğələlər üç qrup üzrə  04 avqust tarixinə qədər davam edəcək. Kurslara rayonun ümumtəhsil məktəblərində işləyən 93 nəfər ibtidai sinif müəllimi cəlb olunub. Təlimlərdə diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və bu dərs ilində dördüncü siniflərlə işləyəcək müəllimlərin iştirakı, əsasən, təmin olunub. Kursu müvəfəqiyyətlə bitirən müəllimlərə müvafiq sertifikatlar təqdim olunacaq.