29.08.2018

Yeni dərs ilinə hazırlıq məsələləri müzakirə olunub

29 avqust 2018-ci il tarixində Qusar   RTŞ-nin  Metodik   kabinetində 2018/2019-cu  dərs  ilinə   hazırlıqla  bağlı  müşavirə   keçirilib.

RTŞ  Metodik   kabinetinin   direktoru   Q.  Muradov   “Ümumi   təhsil    müəssisələrində  2018/2019-cu  dərs    ilinin    prioritet   fəaliyyət   istiqamətləri    barədə”   Təhsil  Nazirliyinin   14  avqust   2018-ci   il  tarixli,  F-550  nömrəli     əmrindən   irəli   gələn   vəzifələrin   icrası  ilə  bağlı   RTŞ   metodistlərinin   qarşısında   duran   vəzifələr   barədə   danışıb,  müəllimlərin    sentyabr   konfransının   bölmə   iclaslarının   keçirilməsi   ilə  bağlı   tövsiyələr  verib və  təhsil   müəssisələrinə   metodik   xidmətin   daha  da  yaxşılaşdırılması    istiqamətində    yeni   tədris  ilində   görüləcək   əsas   işlərin   istiqamətləri  müəyyənləşdirilib.

Müşavirədə metodik xidmətin səmərəli formalarının tətbiqi, müəllimlərin yaradıcılığının və təşəbbüskarlığının artırılmasında pedaqoji mühazirələrin rolu, təlimin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barəsində də fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,