18.09.2018

Məktəbdə “İlk   zəng”  tədbiri

Qusar  şəhər E.Güləliyev  adına 2  saylı  tam orta   məktəbində  15  sentyabr   “Bilik günü” təntənə ilə  qeyd olunub. Tədbir Dövlət himni   ilə   başlanıb.  Məktəbin  direktoru, respublikanın    əməkdar    müəllimi   D. Şinqarova   “Bilik günü”   münasibətilə  tədbir iştirakçılarını   salamlayaraq şagirdlərə təhsil nailiyyətləri arzu edib və məktəbin  məzunlarının   ali məktəblərə qəbulundakı uğurlarından danışıb.

Sonra  695  bal  yığaraq  Azərbaycan Tibb Universitetinin tələbəsi olmuş məktəbin   məzunu  Z. Cəlilova  söz  verilib. O, çıxışında  müəllimlərə  öz  təşəkkürünü  bildirərək  on  birincilərə   uğurlar  arzulayıb .

Tədbir   birincilərin  “ Bilik  günü” münasibətilə  hazırladıqları   çıxışlarla  sona  çatıb.

Tədbirdə  Rayon  Təhsil  Şöbəsinin  Metod  Mərkəzinin direktoru  Q. Muradov,  VMA-nın  rəhbəri T. Babayeva  və valideynlər  iştirak  edib.


Açar sözlər: ,