04.10.2018

"Müəllimlərin inkişafına dəstək" layihəsinin təqdimatı

28.09.2018-ci il tarixində Qusar şəhər 2-li tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş "Müəllimlərin inkişafına dəstək"  layihəsinin təqdimatı olub.

Tədbirdə Qusar Təhsil Şöəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər iştirak ediblər.

Layihə rəhbəri Kamran Əliyev layihənin məqsədi barədə ətraflı məlumat verərək bildirib ki, layihənin məqsədi təhsilə yararlı Web 2 alətləri ilə müəllimləri tanış etmək, aktiv şəbəkə fəaliyyəti üçün müəllimlərin motivasiyasını artırmaq və onlarda bu istiqamətdə zəruri olan bilik və bacarıqları formalaşdırmaqdan ibarətdir. Layihə Qusar şəhər və ətraf kənd məktəblərində çalışan pedaqoji isçilər  üçün nəzərdə tutulub. Layihə üç ay müddətində həyata keçiriləcəkdir (sentyabr,oktyabr, noyabr).

Çıxış edən digər iştirakçılar təhsilin inkişafında İKT-nın rolundan və bu sahədə aparılan məqsədyönlü işlərdən danışıb.

Qeyd olunub ki, layihə çərçivəsində 80-85  müəllimin əldə etdiyi İKT, Web 2 alətləri haqqında bilik və bacarıqlar layihədən sonra da həmin müəllimlərin dərslərində,  dərsdənkənar məşğələlərində, müəllim kollektivlərində tətbiq olunmaqla davam və inkişaf etdiriləcək. Layihə çərçivəsində müəllimlər üçün sosial şəbəkədə (“facebook”-da) yaradılacaq qrup Web 2 alətləri ilə bağlı yenilikləri, Web 2 alətlərinin köməyi ilə yaradılan işləri paylaşmağı və ya dərslərdə yaranan çətinliklərlə bağlı sualları müzakirə etməyə imkan verəcəkdir.


Açar sözlər: ,