19.10.2018

Müstəqillik gününə həsr olunmuş  tədbir

        Qusar şəhər 4 saylı tam orta məktəbində 18 Oktyabr – Müstəqillik günü münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin şagird və müəllim  kollektivi iştirak edibi.Tədbiri məktəbin direktoru E. Bayramova giriş sözü ilə açıb. Məktəbin tarix müəllimi R. Kazımov tədbir  iştirakçılarına  müstəqilliyimiz barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Sovet  imperiyasının  dağılması  Azərbaycan xalqına  öz  milli  müstəqilliyini bərpa etmək imkanı verib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında  “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə məcbur olub.  Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ölkəni təhlükələrdən  sovuşdurub. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları xeyli möhkəmlənib. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılıb, inkişaf etdirilib. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çıxıb. 

        Şagirdlərin çıxışları ilə tədbir davam etdirilib.


Açar sözlər: